Digər idman növləri

Sabir Zeynalov qran-prinin qalibi oldu

cUOKERjLrOHCs3bC7jeBP1yA1VKVnLYgfdiWE09J 1200 - Futbolinfo.az

Cənubi Koreyanın Muju şəhərində 4 sentyabr tarixində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı qran-pri keçirilib.

Futbolinfo.az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçumuz Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni qalib gəlib.

Finalda isə braziliyalı Qustavo Ruppeli məğlub edərək turnirin qızıl medalını qazanıb.

Shares: