Çin millisinin və WNBA-da çıxış edən “Dallas” klubunun basketbolçusu Li Yueju Almaniyada keçiriləcək dünya çempionatını buraxacaq. Buna səbəb basketbolçunun pasportunun poçtla göndərilərkən itməsi və hələ də tapılmamasıdır.
Li Yueju bildirib ki, son illərdə Çin Basketbol Assosiasiyası və milli komanda ilə yaxşı münasibətləri olub və xaricdəki karyerası boyunca onlardan böyük dəstək görüb. O, yenidən milli komandaya qoşulmağı səbirsizliklə gözlədiyini və Çin yığmasını təmsil etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.
Basketbolçu qeyd edib ki, pasportunun itməsi ilə bağlı problemi həll etmək üçün bütün mümkün yolları sınasalar da, bu dəfə bəxtləri gətirməyib. Li Yueju milli komandaya qoşula bilməyəcəyinə görə məyus olduğunu, lakin Çin basketbolunu bundan sonra da dəstəkləyəcəyini bildirib.

