Digər idman növləri

“Neftçi SOCAR” mövsüm finalında 1/4 finala yüksəldi

UaaF7G e1788594616366 - Futbolinfo.az

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Almaniyaya 16:11 hesabı ilə qalib gəlib.

Komanda daha əvvəl Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə 12:22 hesabı ilə uduzub.

Bununla da “Neftçi SOCAR” 1/4 finala vəsiqə əldə edib. Komandanın A qrupundakı yekun mövqeyi son oyundan sonra bəlli olacaq.

Final mərhələsinin həlledici oyunları sentyabrın 6-da keçiriləcək.

Shares: