Dünya futbolu

PSJ-dən 5 futbolçu ilə yeni müqavilə

239933 8zb1uusgmb - Futbolinfo.az

PSJ eyni vaxtda 5 futbolçusu ilə müqaviləni yeniləyib.

Futbolinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Paris klubunun yeni sözləşmələr imzaladığı futbolçular Fabian Ruis, Lukas Beraldo, Senni Mayulu, Joao Neves və Vilyan Paçodur.

Ən qısa müddətli müqavilə Fabian Ruislə bağlanıb. İspaniyalı yarımmüdafiəçi 2028-ci ilə qədər PSJ-də çıxış edəcək.

Beraldo, Mayulu, Neves və Paçonun yeni sözləşmələri isə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

PSJ daha əvvəl baş məşqçi Luis Enrike ilə də müqaviləni yenilədiyini açıqlayıb.

Shares: