Premyer Liqa

“Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı

misli - Futbolinfo.az

Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

“Sabah” evdə “Zirə” ilə qarşılaşacaq. Oyunun baş hakimi İnqilab Məmmədov olacaq.

“Neftçi” isə “Şəfa”nı qəbul edəcək. Qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.

Daha öncə “Qəbələ” “İmişli”yə qalib gəlib (2:1), “Kəpəz” “Şamaxı”ya uduzub – 1:4. “Turan Tovuz” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
4-cü tur

5 sentyabr

“Sabah” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”, 18:30.

“Neftçi” – “Şəfa”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Novruz Əzimov
“Palms Sports Arena”, 20:30.

Shares: