“Qəbələ”nin məşqçisi Amil Ağacanov Misli Premyer Liqasının 4-cü turunda “İmişli”yə 2:1 hesabı ilə qalib gəldikləri görüş haqda danışıb.
Futbolinfo.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında qələbəni belə dəyərləndirib:
“Komandada məşqçi dəyişikliyi oldu. Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, “İmişli” uzun ötürmələr və standart vəziyyətlərdə yaxşı oynayır. Ona uyğun hazırlaşdıq. Qələbə münasibətilə hamını təbrik edirəm”.
O, “Qəbələ” əvvəlki 3 oyunda qol vura bilməmişdi, bu gün isə 2 qol vurdu. Problem nə idi” sualın belə cavablandırıb: Hansısa problemin olduğunu deməzdim. Çempionatın əvvəli idi. Sadəcə yaradılan fürsətlərdən istifadə edə bilmirdik. Futbolçularla fərdi olaraq danışdıq”.

