Digər idman növləri

Azərbaycanın taekvondoçuları üçün İsveçrə sınağı

LcYZes3Zz - Futbolinfo.az

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək “Swiss Open” beynəlxalq turnirində mübarizə aparacaqlar.

Futbolinfo.az xəbər verir ki, yarışda ölkəmizi Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər.

İdmançılar səfərə milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında yollanıblar.

Turnir sentyabrın 6-da start götürəcək.

Shares: