Ölkə futbolu

Azarkeş sayına görə mövsümün yeni rekordu

3b892352 2ca4 4cbf a5d8 286dcb7ca01d - Futbolinfo.az

Misli Premyer Liqasının 4-cü turunda “Kəpəz” və “Şamaxı” komandaları arasında Gəncə Şəhər Stadionunda keçirilən oyunda azarkeş sayına görə 2026/27 mövsümünün yeni rekordu qeydə alınıb.

Futbolinfo.az xəbər verir ki, belə ki, sözügedən qarşılaşmanı 15 min tamaşaçı izləyib.

Xatırladaq ki, cari çempionatda buna qədərki rekord da gəncəli azarkeşlərlə bağlı idi. Avqustun 30-da “Turan Tovuz”la görüşdə tribunalarda 13500 futbol həvəskarı yer almışdı.

Shares: