Digər idman növləri

Svitolinadan gözlənilməz məğlubiyyət

skysports elina svitolina canadian open 6983874 - Futbolinfo.az

Ümumi mükafat fondu 108 milyon dollar olan “US Open” turnirində 1/16 final mərhələsinin ilk oyun günü geridə qalıb.

7 qat “Dəbilqə” çempionu Karlos Alkaras çinli U İbinlə qarşılaşıb. 2 saat 21 dəqiqə davam edən görüşün ilk setində ispaniyalı tennisçi rəqibindən 6:3 hesabı ilə üstün olub. Fasilədən sonra Asiya təmsilçisi qismən təzyiqi artırsa da, yenə də güclü rəqibinin müqavimətini qıra bilməyib. Bu dəfə Karlos ona 4 geym qazanmağa imkan verib. Son bölümdə isə Alkaras ümumiyyətlə kortda istədiyini edib. Bu dəfə 6:1 hesabı qeydə alınıb. 1/8 finalda Karlos ABŞ təmsilçisi Tommi Polla münasibətlərinə aydınlıq gətirəcək.

Rusiyalı Daniil Medvedev bu mərhələdə azarkeşlərini sevindirib. O, fransalı Artur Rinderkneşin müqavimətini 2 saata qırmğaı bacarıb. Maraqlıdır ki, hər 3 set 6:4 hesabı ilə başa çatıb. Medvedevin 1/8 finalda rəqibi amerikalı Frensis Tiafo olacaq.

Qadınların yarışında isə WTA reytinqinin lideri Arina Sabalenka səhvə yol verməyib. Belaruslu tennisçşi 1/16 finalda özbəkistanlı Kamila Rahimovanı mübarizədən kənarlaşdırıb. Saatyayım davam edən matçın ilk setində 4 qat “Dəbilqə” çempionu 6:3 hesabı ilə uğur qazanıb. Fasilədən sonra isə o, Asiya təmsilçinini 6:4 hesabı ilə məğlubiyyətə uğradaraq 1/8 finalda amerikalı Teylor Taunsendin rəqibi olub.

Ukraynalı Elina Svitolina gözlənilmədən məğlubiyyətlə üzləşib. Rusiyalı Anna Kalinskaya ilə matçda birinci və üçüncü setlərdə 3:6 hesabı ilə uduzan Elina mübarizəni dayandırıb. Digər Rusiya – Ukrayna duelində isə fərqli nəticə  qeydə alınıb. Marta Kostyuk Yekaterina Aleksandrdovadan iki setdə üstün olub – 6:3, 6:2.

Shares: