“Santos”un hücumçusu Neymar zədələnib. Braziliya klubu 34 yaşlı futbolçunun müayinədən keçdiyini və onun sağ bud nahiyəsində əzələ zədəsi aşkarlandığını açıqlayıb.
Bu tip zədədən sonra bərpa müddəti 4-8 həftə arasında dəyişir. Neymar Braziliya kubunun 1/4 finalında “Palmeyras”la keçirilən cavab matçında (0:0) ağrı hiss edib. O, birinci hissədən sonra əvəzlənib.
Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

