Ölkə futbolu

“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda!

23ebf126 4d63 4700 a383 85c5eca84990 - Futbolinfo.az

“Sabah” klubunun UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Artıq UEFA rəsmi saytında Liqa mərhələsindəki 4 oyunun bu arenada olacağını təsdiqləyib.

“Sabah”ın ev oyunlarının təqvimi

2-ci tur, 13 oktyabr

20:45. “Sabah” – “Slaviya” (Çexiya)

3-cü tur, 20 oktyabr

20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr

21:45. “Sabah” – “Barselona” (İspaniya)

7-ci tur, 20 yanvar

21:45. “Sabah” – “Napoli” (İtaliya)

Xatırladaq ki, Liqa mərhələsində “Sabah” səfər oyunlarında isə “Mançester Yunayted” (10 noyabr), “Vikinq” (4 noyabr), “Vilyarreal” (8 dekabr) və “Arsenal”la (27 yanvar) qarşılaşacaq.

Shares: