Dünya futbolu

Zamiqin komandasından növbəti qələbə

239917 qmy792zk35 - Futbolinfo.az

Albaniya çempionatında 3-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” öz meydanında “Skenderbeu”nu qəbul edib.

Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb – 2:1.

Zamiq Əliyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran “Eqnatiya” turnir cədvəlində liderdir.

Shares: