Ölkə futbolu

“Bu məğlubiyyətin bizə çox xeyri olacaq” – “Şəfa”nın baş məşqçisi

238893 sy4k0oazpd - Futbolinfo.az

Misli Premyer Liqasının 4-cüturu çərçivəsində “Neftçi”nin qonağı olan “Şəfa” 1:4 hesablı məğlubiyyətlə üzləşib.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Şəfa”nın baş məşqçisi  Zaur Həşimov matç haqda fikrilərini bildirib:

“I hissədə daha intizamlı oynamağı bacardıq. Bir səhvdən qol buraxdıq. İkinci hissəyə də pis başlamamışdıq. Ard-arda gələn qollardan sonra komanda ruhdan düşdü. Belə oyunlarda komandanın təcrübəsi daha da artır. Düşünürəm ki, bu məğlubiyyətin bizə çox xeyri olacaq”.

– Nicat Mehbalıyevin qapıda inamsız oyunu haqda düşüncələriniz?

– Nicat bir neçə mövsümdür stabil oynamır. Biz istəyirik ki, onu yenidən qazanaq. Ona görə də üstünə çox getmirik. Tək onun səhvindən məğlub olduğumuzu düşünmürəm. 

– Heyətlə bağlı peşmançılığınız varmı?

– Xeyr, belə düşünmürəm. Futbolçularıma güvənirəm. (Sportal)

Shares: