Digər idman növləri

“Neftçi SOCAR” mövsüm finalının yarımfinalına yüksəldi

MZcU8h5yEeSiNbvNzAXA0uih7Zck12OFMUVqzE2z 1200 - Futbolinfo.az

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 21:18 hesabı ilə üstələyən “ağ-qaralar” yarımfinala yüksəlib.

Xatırladaq ki, “Neftçi SOCAR” ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 12:22.

Shares: