Cənubi Koreya çempionatında 27-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Buçeon”la qarşılaşıb və 5:0 hesablı qələbəyə sevinib.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub.
“Daejeon” 35 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

