Polşa çempionatında 7-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Lex” (Poznan) komandasının qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Emreli qarşılaşmaya start heyətində başlayıb və sonadək meydanda olub.
Cari mövsümdə qələbəyə və xala həsrət olan “Rakuv” sonuncudur.

