Milli komanda

Azərbaycan yığması Moldovaya məğlub oldu

7414 - Futbolinfo.az

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-17 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Kişinyov şəhərində yerləşən “Technical Center of FAM”da keçirilən qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz turnir çərçivəsində daha iki oyun keçirəcək. Oyunların təqvimini nəzərinizə çatdırırıq:

09.09.2026, saat 14:30 (Bakı vaxtı)
Moldova U-18 – Azərbaycan U-17
“Technical Center of FAM”

11.09.2026, saat 14:30 (Bakı vaxtı)
Latviya U-17 – Azərbaycan U-17
“Technical Center of FAM”

Shares: