Oktyabrda Azərbaycanda keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək daha bir komanda dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, Kamboca yığması turnirə hazırlıq məqsədilə seçimlərə başlayıb.
Seçim prosesi zamanı klublardan, futbol məktəblərindən və regional assosiasiyalardan olan 48 futbolçu ilk mərhələdə sınaqdan keçirilirlər. Ardından onlar arasında 20 nəfər seçiləcək və ikinci mərhələyə yüksələcək. Sonda isə Azərbaycana gələcək 14 futbolçu müəyyənləşdiriləcək.
Qeyd edək ki, U-15-lərin ilk dünya çempionatı oktyabrın 23-31-də keçiriləcək.

