Formula 1 üzrə 2026-cı il dünya çempionatının son yarışı Əbu-Dabidən İtaliyanın İmola trekinə keçirilə bilər. Yarış əvvəlki kimi dekabrın 4-6-da baş tutacaq, Qətər Qran-prisi isə təqvimdən çıxarılacaq və əvəzlənməyəcək.
İndiki məqamda qərar hələ rəsmi açıqlanmayıb, lakin İmolanın mövsümün son yarışı üçün əsas namizəd olduğu artıq bildirilir. Dəyişikliyin əsas səbəbi Yaxın Şərqdə davam edən qeyri-sabitlik və bunun yaratdığı geosiyasi risklərdir. Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FIA) hazırkı şəraitdə Əbu-Dabidə yarış keçirməyi riskli hesab edir.
Beləliklə, Qətər və Əbu-Dabi mərhələlərinin planlaşdırılan şəkildə keçirilməməsi halında 2026-cı il çempionatı Avropada başa çata bilər. Son qərarın sentyabrın ortalarında verilməsi gözlənilir.

