Dünya futbolu

“İstənilən komanda “Mançester Yunayted”ə qol vura biləcəyinə inanacaq”

Mançester Yunayted
Səs süni intellektlə yaradılıb.

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Qari Nevill doğma komandasının zəif nöqtələri barədə fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, sabiq müdafiəçi “qırmızı şeytanlar”ın məhz arxa xəttində problem olduğunu düşünür.

O, UEFA Çempionlar Liqasının startı öncəsi İngiltərə Premyer Liqasının ilk 3 turunda 6 qol buraxmağın uğursuzluğa yol aça biləcəyini deyib: “Yunayted” ilk turda “Hall Siti”yə 0:2 hesabı ilə uduzub. Komanda standart vəziyyətlərdən iki qol buraxaraq müdafiədə ciddi problemlər yaşayıb. Daha sonra evdə “İpsviç”i 5:2 hesabı ilə məğlub etsə də, yenə iki qol buraxıb. Sentyabrın 6-da isə üçüncü turda səfərdə “Everton”la 2:2 hesablı heç-heçə edib. Qələbəni təmin etməyə çox yaxın olduğu qarşılaşmada “Yunayted” əlavə vaxtın 6-cı dəqiqəsində uzaq məsafədən vurulan möhtəşəm qolla hesabın bərabərləşməsinə imkan verib”.

Nevill əlavə edib ki, “qırmızı şeytanlar”ın hətta “Sabah”la qarşılaşmada qol buraxması belə sürpriz olmaz: “Komanda orta hesabla hər oyunda iki qol buraxır. Bu, belə davam edə bilməz. Artıq istənilən komanda “Mançester Yunayted”ə qol vura biləcəyinə inanacaq. İstər Çempionlar Liqası, istərsə də Premyer Liqada istənilən rəqib öz şanslarının olacağını düşünür. Bu, dəhşətli vəziyyətdir”.

Qeyd edək ki, sabah “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Shares: