UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi “Mançester Yunayted”də daha iki futbolçunun durumuna aydınlıq gəlib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisində müdafiəçi Mattiys De Liqt və hücumçu Amad Diallo da sabahkı qarşılaşmanı buraxmalı olacaq. Hər iki oyunçu zədəsini yenicə sağaltsa da, baş məşqçi Maykl Kerrik onları görüşün iştirak ərizəsinə salmamaq qərarına gəlib.
De Liqt və Dialloya qədər qapıçı Tom Hiton, yarımmüdafiəçilər Karlos Baleba və Manuel Uqartenin də zədə ucbatından görüşü buraxacaqları dəqiq idi.
Qeyd edək ki, sabah “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

