Futbol üzrə Topaz Premyer Liqasında 21-ci turun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq. 

Futbolinfo.az xəbər verir ki, bu, AFFA Məşqçilər Komitəsinin üzvü və "Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyevin dünyasını dəyişməsi ilə əlaqədardı. B.Hacıyevin xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. 

Bu tura qədər çempionatın XVII – XVIII turlarının oyunlarından əvvəl də eyni hal baş verib. XVII turun matçlarında Xocalı faciəsinin qurbanları yad edilibsə, XVIII turda Respublika Narkoloji Dispanserində baş vermiş yanğında dünyasını dəyişənlərlə bağlı sükut elan olunub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 21-ci tur qarşılaşmaları 1-2 apreldə keçiriləcək. (Sportnet)

Shares: