Dünya futbolu

“Qalatasaray”da yeni müqavilə

Səs süni intellektlə yaradılıb.

Türkiyə çempionu “Qalatasaray” sol cinah müdafiəçisi Emre Taşdemirlə müqaviləni yeniləyib.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu İstanbul klubu ilə müqaviləsinin müddətini 2020/21 mövsümünün sonuna kimi uzadıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

“Qalatasaray” Taşdemirin yeni müqaviləyə əsasən qazancını da açıqlayıb. Müdafiəçi 2020/21 mövsümündə 2 milyon 200 min TL qazanacaq.

Emre Taşdemir ötən mövsümün qış fasiləsi zamanı, yəni düz 1 il öncə “Bursaspor”dan ayrılaraq “Qalatasaray”a keçmişdi. O, geridə qalan bu müddət ərzində İstanbul klubu ilə Super Liqada 13, Türkiyə kubokunda 4 oyuna çıxıb.

Shares: