Dünya futbolu
A Seriyası klubunda iki yeni müqavilə
İtaliyanın “Verona” klubu müdafiəçiləri Koray Günter və Davide Faraoni ilə müqavilələrin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Koray 2019-cu ilin iyulundan “Verona”da çıxış edir. Almaniya vətəndaşlığı da olan türkiyəli futbolçu bu komandada 98 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Dortmund “Borussiya”sının yetirməsi olan mərkəz müdafiəçisi, “Qalatasaray” və “Cenoa”da da forma geyinib.
Faraoni isə 2019-cu ilin yanvar ayından “Verona”nın uğurları üçün çalışır. İtaliyadan olan sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 131 matçda 16 qol vurub, 20 məhsuldar ötürmə ilə yadda qalıb. Peşəkar karyerasına “İnter”də başlamış 30 yaşlı futbolçu, “Udineze”, “Uotford”, “Peruca”, “Novara” və “Krotone”nin də formasını geyinib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib