Dünya futbolu
A Seriyasından Səudiyyə Ərəbistanına
Futbol üzrə Kolumbiya yığmasının qapıçısı David Ospinanın yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, İtaliyanın “Napoli” klubundan ayrılan 33 yaşlı qolkiper bundan sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Təcrübəli qapıçı “Əl-Nəssr”lə anlaşıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
David Ospina 2019-cu ildən “Napoli”də çıxış edirdi. O, Neapol təmsilçisində keçirdiyi 4 mövsüm ərzində 103 matça çıxıb. Ospina Kolumbiya milli komandasında da 124 oyun keçirib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?