Dünya futbolu
A Seriyasının autsayderi 3-cü dəfə bu məşqçiyə tapşırıldı
“Salernitana”nın yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisinə bundan sonra Stefano Kolantuono rəhbərlik edəcək.
61 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, baş məşqçi postunda cəmi 5 oyundan sonra istefaya göndərilmiş Fabio Liveranini əvəz edib.
Kolantuono 3-cü dəfə “Salernitana”ya baş məşqçi təyin olunur. O, 2017-2018 və 2021-2022-ci illərdə də bu komandaya rəhbərlik edib.
Xatırladaq ki, “Salernitana” A Seriyasında 29 oyuna topladığı 14 xalla sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı