Bizi izləyin

Müsahibə

Abbasov fasilədən və meydançalardan gileylənir: “Cavanlığımızın qədrini bilmədik”

blank
blank

II Liqada çıxış edən “Kür-Araz” komandasının təcrübəli futbolçusu Ramazan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– II Liqanın ilk yarısını 8-ci pillədə bitirdiniz. Bu nəticə sizi qane edirmi?

– Tutduğumuz mövqe komandanın ilk yarıda sərgilədiyi oyuna heç də uyğun gəlmir. Bu mənada nəticə bizi qane edə bilməz. İnşallah, ikinci dövrədə daha yaxşı nəticələr qazanacağıq. Mən buna inanıram.

– Qış fasiləsinə yuxarı pillələrdə yollanmağınıza nə mane oldu?

– Elə oyunlar oldu ki, hesabda önə keçdiyimiz halda, yekunda məğlub olduq. Bundan əlavə, qalib gələ biləyəcəyimiz bəzi matçlarda heç-heçə ilə kifayətləndik. Çox vacib xallar itirdik. Ancaq bütün bunlar yeni yığılmış komanda üçün normal sayıla bilər. İkinci dövrəyə daha yaxşı hazırlaşacağıq.

– Çempionatın ikinci yarısında hədəf nə olacaq? Mövsümü hansı pillədə bitirmək şansınız var?

– Komanda çempionata başlayanda qarşısına yuxarı pillələrdə qərarlaşmağı məqsəd qoymuşdu. Çempionatın ilk yarısında komandalar bir-birlərini tanımırdılar. Oyunlar keçirdikdən sonra hər kəsin gücünə bələd olduq. Qışaqədərki hissədə buraxdığımız səhvləri düzəldərək, mövsümün ikinci hissəsində daha yaxşı nəticələr qazanmağa çalışacağıq.

– Çempionatın ilk yarısında “Kür-Araz”ın heyətində özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri siz oldunuz. Qollar vurdunuz, qol ötürmələri verdiniz. Karyerasını bitirdikdən sonra uzun müddət böyük futboldan uzaq qalan biri olaraq, qayıdışınızı, öz çıxışınızı necə dəyərləndirirsiniz?

– 5-6 il idi ki, böyük futboldan uzaqlaşmışdım. Özümü yenidən sınamaq istədim. Bəzi matçlarda oyunum istədiyim kimi alındı, bəzilərində alınmadı. Çıxışımı orta səviyyədə qiymətləndirmək olar. Yaş da öz sözünü deyir. Cavanlığımızın qədrini bilmədik.

– Mövsümün ikinci yarısı martda start götürəcək. Qış fasiləsinin bu qədər uzun çəkməsi sizə necə təsir edəcək? 2 ay yarımlıq fasilə futbolçuları ritmdən salmayacaq?

– Əlbəttə, çempionatda bu qədər fasilənin olması yaxşı hal deyil. Maksimum 1 aylıq fasilə daha məqsədəuyğun olardı. Amma belə məsləhət biliblər. Bizə düşən fasilənin uzun çəkməsinə rəğmən, ikinci dövrəyə yaxşı hazırlaşmaqdır.

– II Liqada sizi narazı salan başqa hansı məqamlar var? Hansı ki, onların aradan qaldırılmasını, düzəlməsini istərdiniz?

– Ən narazı qaldığımız məqam meydançalardır. Süni örtüklərin içində təkcə “Cəbrayıl”la oynadığımız Neftçi Futbol Mərkəzinin meydançası yaxşı vəziyyətdədir. Digər süni örtüklü meydançalar isə oynanılası durumda deyillər. Çox bərkdirlər, elə bil betonun üstünə səriblər, amartizasiya sistemi ümumiyyətlə yoxdur. Elə meydançalarda mübarizə aparmaq çətin və təhlükəlidir. Çünki futbolçular hər an zədə ala bilərlər. Şəmkirdəki stadion təbii örtüklü olsa da, bərbad haldadır. Eyni sözləri Şəki stadionuna da aid etmək olar. Əsas çatışmazlıq meydançalarla bağlıdır.

– Sizcə, 18 xal geri qaldığınz lider “Baku Sportinq”ə çempionluq mübarizəsində kimsə mane ola biləcək? Yoxsa bu komandanın çempion olaraq I Liqaya yüksələcəyini indidən əminliklə söyləmək olar?

– “Baku Sportinq” ilk yarını yaxşı nəticə ilə tamamladı. Çempionata daha yaxşı hazırlaşdıqları üçün hazırda birinci pillədə yer alıblar. Futboldur, hər cür nəticə qeydə alına bilər. İkinci dövrə hər şeyi göstərəcək. Hamı çalışır ki, yuxarı pillələrdə qərarlaşsın. Kimin mövsümü hansı yerdə başa çatdıracağını zaman göstərəcək.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-20 19:09

“Zirə” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Dünya futbolu2024-04-20 01:30

“Ayntraxt” inamlı qələbəyə sevindi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm