Digər idman növləri
Abdullayev beynəlxalq turnirin yarımfinalında!
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində yarımfinala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, +92 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın 1/4 final mərhələsində Narenderi (Hindistan) məğlub edib.
Dünya çempionatının mükafatçısı 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
Boksçumuz yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməd finala gedən yolda özbəkistanlı Bahodir Jalolovla döyüşəcək. Görüş fevralın 25-də olacaq.
Xatırladaq ki, turnirin 1/4 finalında daha 2 boksçumuz qüvvəsini sınayacaq. Malik Həsənov (63,5) Mujibillo Tursunovla (Özbəkistan), Zeynəb Rəhimova (54 kq) Mixaela Robleslə (Argentina) üz-üzə gələcək. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Monikanı (Hindistan) sınağa çəkəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib