Bizi izləyin

Müsahibə

Abramidzedən Lənkərana salam var: “Bizim vaxtımızda yaxşı komandaların sayı daha çox idi”

blank
blank

Azərbaycanda “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” klublarının formasını geyinmiş, Gürcüstan yığmasının sabiq müdafiəçisi Valeri Abramidzenin futbolinfo.az saytına müsahibəsi

– Hazırda hansı işlə məşğulsunuz? Məşqçi kimi fəaliyyət göstərirsiniz?

– Keçən il “Rustavi” klubunda məşqçi kimi çalışırdım. Hazırda isə işsizəm.

– Ölkəmizdə “Neftçi”, “Xəzər Lənkəran” və “İnter”in formasını geyinmisiniz. Bu klublardan hansında karyeranız daha yaxşı alınıb?

– Ümumilikdə Azərbaycandakı karyeramdan razıyam. Hansısa klubu fərqləndirə bilmərəm, çünki hər birində əlimdən gələni etmişəm, uğurlar qazanmışam. “Neftçi” və “Xəzər Lənkəran”la ölkə çempionu olmuşam, “İnter”lə Birlik Kubokunda birincilik əldə etmişəm. Bir sözlə, hər 3 komandadakı çıxışım uğurlu alınıb. Bundan isə yalnız razı qala bilərəm.

– Azərbaycanda birgə oynadığınız yerli futbolçulardan kimləri fərqləndirərdiniz?

– Azərbaycanda bir çox yerli oyunçu ilə komanda yoldaşı olmuşam. Rəşad Sadıqov, Qurban Qurbanov və Mahmud Qurbanovu fərqləndirə bilərəm. Hər üçü yüksək səviyyəli futbolçular idi. Hə, bir də Zaur Tağızanın adını mütləq çəkməliyəm. Onu unutmaq olmaz. Zaur birgə oynadığım azərbaycanlı futbolçular arasında ən yaxşılardan idi.

– Bəs, ölkəmizdə birgə çıxış etdiyiniz hansı legionerlər öz oyunu ilə daha çox yadınızda qalıb?

– Georgi Adamiya, Branimir Subaşiç, Aleksandr Çertoqanovun adını çəkə bilərəm. Daha bir neçə səviyyəli legionerlə bir yerdə oynamışam. Sadəcə, indi hamısını xatırlaya bilmirəm, məndən inciməsinlər. Onu deyim ki, həmin dönəmdə Azərbaycana çoxlu yüksək səviyyəli legioner gəlmişdi.

– Azərbaycan çempionatında bir çox hücumçuya qarşı oynamısınız. Onlardan kimi ən güclü forvard sayırdınız və ona qarşı oynamaq sizin üçün asan olmurdu?

– Əminliklə bir nəfərin adını çəkərdim. Digər hücumçularla müqayisədə Adamiyaya qarşı oynamaq daha çətin idi.

– Azərbaycan futbolunu yəqin ki, izləyirsiniz. Ölkəmizdə oynadığınız dövrlə müqayisədə futbolumuzda hansı dəyişikliklər baş verib?

– Azərbaycanda klub futbolunun səviyyəsi qalxıb. Bunu “Qarabağ”ın hər il avrokubokların qrup mərhələsində çıxışı təsdiqləyir. Ancaq bizim vaxtımızda yaxşı komandaların sayı daha çox idi, azarkeşlər çempionatda gərgin rəqabətin şahidi olurdular. “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Neftçi”, “Qarabağ” – bunların hamısı birinci yer uğrunda mübarizə aparırdı. İndi isə çempionluğa ən real namizəd qismində ancaq “Qarabağ”ın adını çəkmək olar. O dönəmdə bir komandanın hegemonluğu yox idi.

– Sabiq komandanız “Neftçi”nin hazırkı durumu haqda nə deyə bilərsiniz? Qarşısına çempionluq hədəfi qoyan flaqmanın bu uğura imza atacağını gözləyirsiniz?

– “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Bu komanda həmişə çempionluq uğrunda mübarizə aparmalıdır. Ancaq “Neftçi”də tez-tez məşqçi, rəhbər dəyişiklikləri baş verir. Bu səbəblərdən komanda sabit oyununu tapa bilmir. Yayda baş məşqçi postuna Adrian Mutunu gətirdilər. Mutunun məşqçi kimi nəyə qadir olduğunu bilmirəm. Amma futbolçu kimi o, dünya ulduzlarından olub. Ümid edirəm ki, Mutu komandada balans yarada biləcək və rəqabətcil heyət formalaşdıracaq. Bunu edə bilsə, Azərbaycan futboluna da xeyir verəcək. Çünki “Neftçi”nin güclənməsi çempionatın daha maraqlı keçməsinə səbəb olacaq.

– Digər keçmiş komandanız “Xəzər Lənkəran” isə artıq neçə illərdir fəaliyyət göstərmir. Yəqin ki, bu, sizi də məyus edir…

– “Xəzər Lənkəran”a görə təbii ki, üzülürəm. O cür klubun fəaliyyətini dayandırması adama pis təsir edir. Yaxşı xatırlayıram, “Xəzər Lənkəran”ın möhtəşəm azarkeş dəstəyi var idi. Lənkəranda o cür fanat ordusunun önündə meydana çıxanda sevinirdim. Tribunalar bütün oyunlarda dolu olurdu. Fürsətdən istifadə edib məni xatırlayan, həmçinin xatırlamayan lənkəranlı azarkeşlərə salam göndərirəm. Ümid edirəm ki, tez bir zamanda “Xəzər Lənkəran” fəaliyyətini bərpa edəcək və yenidən azarkeşlərini sevindirəcək.

– Azərbaycanda başınıza gələn hər hansı bir maraqlı hadisəni danışa bilərsiniz?

– Açığı, gözlənilməz sual oldu və tez bir zamanda hansısa hadisəni xatırlaya bilmirəm. Ümumilikdə onu deyə bilərəm ki, Azərbaycana gəldiyim ilk gündən ölkəniz haqda pozitiv düşüncədə olmuşam. İndinin özündə də ancaq xoş xatirələr yadıma düşür. Azərbaycanda yaxşı dostlar, tanışlar qazandım. Oradakı karyeramı bitirdikdən sonra ölkənizə tez-tez gələ bilməsəm də, bir neçə dəfə səfər etmək imkanım olub. Bakını çox bəyənirəm. Məni tanıyan hər kəsə salam göndərirəm.

– Təklif alsanız, Azərbaycanda məşqçi kimi fəaliyyət göstərmək istərsiniz?

– Əlbəttə. Belə bir təklif olsa, məmnuniyyətlə Azərbaycana gələrəm.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-30 10:15

İngilis futbolçu bunu ilk dəfə bacardı

blank
Digər2024-04-30 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-30 09:50

“Turu keçmək üçün hazır durumdayıq”

blank
Dünya futbolu2024-04-30 09:41

Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

blank
Premyer-liqa2024-04-30 09:30

“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç

blank
Ölkə futbolu2024-04-30 09:15

“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür

blank
Dünya futbolu2024-04-30 09:03

Ukrayna millisinin sabiq baş məşqçisi vəfat edib

blank
Dünya futbolu2024-04-30 08:51

Hüseynovlu “Arda” səfərdən 1 xalla qayıtdı

blank
Ölkə futbolu2024-04-30 08:34

Azərbaycan çempionatında antirekord təkrarlandı

blank
Ölkə futbolu2024-04-30 08:17

Premyer Liqada mövsümün rekordu – 50 nəfərlik fərqlə

blank
Ölkə futbolu2024-04-30 08:00

“Zirə”yə gözlənilməz zərbə

blank
Dünya futbolu2024-04-30 01:16

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-30 00:54

“Cenoa” 3 xalı 3 qolla qazandı

blank
Dünya futbolu2024-04-29 23:46

“Fatih Karagümrük”dən darmadağın

blank
Milli komanda2024-04-29 23:24

Millinin albanlarla oyununun məkanı və başlama saatı açıqlandı

blank
Premyer-liqa2024-04-29 22:39

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-29 22:15

“Rəqib müdafiəsini yara bilmədik” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-29 22:00

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-29 21:21

“Sumqayıt”da növbəti debütant

blank
Premyer-liqa2024-04-29 20:55

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

blank
Ölkə futbolu2024-04-29 20:44

Azərbaycanın yığmaları Türkiyəyə toplanışa yollandılar

blank
Dünya futbolu2024-04-29 20:30

“Çelsi”dən gedəcəyini özü açıqladı

blank
Ölkə futbolu2024-04-29 20:00

“Baku Sportinq”dən növbəti darmadağın

blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm