AÇ-2024
AÇ-2020: Bakıdakı ilk oyun üçün hakim təyinatları açıqlandı
Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels – İsveçrə oyunu üçün təyinatlar açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, bu qarşılaşma Fransadan olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Kleman Türpen olacaq. Ona yan xətt hakimləri Nikolya Dano və Siril Qrenqor kömək edəcək. Dördüncü hakim funksiyasını serbiyalı Srcan Yovanoviç yerinə yetirəcək. VAR hakimi isə fransalı Fransua Leteksyedir.
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels – İsveçrə matçına saat 17:00-da start veriiləcək.
AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək. Bakıda həmçinin Türkiyə – Uels və Türkiyə – İsveçrə oyunları, eləcə də 1/4 final mərhələsinin 1 görüşü təşkil olunacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib