Ölkə futbolu
Adeniyi “Qəbələ”yə dönür
İcarə əsasında İsrailin Kiryat-Şmona klubunda çıxış edən “Qəbələ”nin futbolçusu Ceyms Adeniyi Azəbaycan klubuna qayıdacaq. Bu barədə futbolinfo.az-a futbolçunun özü məlumat verib.
O bildirib ki, artıq “Qəbələ”nin futbolçusudur və klub istədiyi vaxt ora dönəcək. Adeniyi yeni təkliflər barədə yalnız komandasına qayıtdıqdan sonra danışacağını bildirib:
“Hazırda artıq “Qəbələ”nin futbolçusuyam. Komanda istədiyi vaxt ora geri dönəcəm. Yeni təkliflər barədə isə danışmaq istəmirəm. Çünki bu barədə qərar “Qəbələ”dən asılıdır”.