Dünya futbolu
“Adidas” təkzib edir: “Həmin an topa kənar qüvvə təsir etmirdi”
FİFA Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldonun DÇ-2022-nin qrup mərhələsinin 2-ci turda Uruqvaya qarşı matçda (2:0) 1-ci qolun vurulması zamanı topa toxunmadığını təsdiqləyib. Dünya Çempionatı üçün top istehsal edən “Adidas” oyun topuna yerləşdirilən sensordan alınan məlumatlara əsasən, 37 yaşlı hücumçunun topa toxunmadığı dəqiqləşib.
“Adidas”ın texnologiyası sayəsində əminliklə deyə bilərik ki, Kriştianu Ronaldo ilk qol zamanı topa başı ilə toxunmayıb. Həmin an topa kənar qüvvə təsir etmirdi. Bu, ölçmələrimizdə dalğalanmaların olmaması ilə göstərilir. Topun içərisinə yerləşdirilmiş 500Hz IMU sensoru bu analizdə çox dəqiq olmağa imkan verir” – deyə FİFA-dan ESPN-ə bildirib.
DÇ-2022-də istifadə edilən hər topda oyunçuların etdiyi hər toxunuşu qeyd edən sensor var. Bu texnologiya “ofsaydları, eləcə də aşkar olmayan toxunuşları aşkar etməyə kömək etmək” üçün təqdim edilib.
Qeyd edək ki, Bruno Fernandeşin ilk qolu vurduğu zaman Ronaldo topa başı ilə zərbə vurmağa çalışıb. Əvvəlcə qol Ronaldonun adına yazılsa da, sonradan FİFA qolu Fernandeş üçün hesablayıb.
Xatırladaq ki, Portuqaliyanın FİFA-ya bu qolun müəllifi Ronaldo olduğuna dair sübutlar göndərəcəyi bildirilirdi. Hücumçu da topa toxunduğundan əmin olduğunu söyləyib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib