Bizi izləyin

Ölkə futbolu

AFFA-dan Ramal Hüseynova 2, baş məşqçiyə 1.5 illik cəza

blank

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, AFFA-nın bayrağı altında təşkil olunan yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

Futzal üzrə Yüksək Liqanın “Neftçi” İB – “Alyans” oyununda “Neftçi”nin futzalçısı Cavad Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Record club” – “Baku Fire” oyununda “Record”un futzalçısı Azər Nəsirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb. Matçın 31-ci dəqiqəsində “Baku Fire” komandasının futzalçısı Murad Quluzadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Xilə” – EKOL oyununda “Xilə” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. “Xilə” komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət verilib.

Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – “Ulduz” oyununda “Ulduz”un futzalçısı Səid Talıbzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Alyans Qrup” oyununda “Alyans Qrup”un futzalçısı Seymur Usanov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın PASO – “Baku Fire 2” oyununda PASO-nun futzalçısı Orxan Ağayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın ADBTİA – “Forza Neftçi” oyununda ADBTİA-nın futzalçısı Taleh Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Advokat” – “Xan Lənkaran” oyununda “Xan Lənkaran”ın futzalçısı Fərrux Əliyev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Timsport” oyununda “Timsport”un futzalçısı Ceyhun Mürşüdlü qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Bibi Heybət” – “Atletiko Baku” oyununda “Bibi Heybət”in futzalçısı Şahin Dadaşzadə sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Dalğa” – “Star Karqo 2” oyununda “Star Karqo 2” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Timsport” – “Rəvan” oyununda “Rəvan”ın futzalçısı Məhəmməd Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Rəvan”ın digər futzalçısı Sabir Həsənov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olaraq, hakimləri, AFFA rəsmisini təhqir etməsinə və AFFA rəsmisinə fiziki təsir göstərməsinə görə 1 il müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilib. Matç bitdikdən sonra “Rəvan”ın futzalçısı Anar Məmmədov ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Hövsan” – “Bibi Heybət” oyununda “Bibi Heybət”in futzalçısı İlkin Əzizov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Cəbrayıl” – “İmişli” oyununda “Cəbrayıl”ın futbolçusu Elnur Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Karvan” – “Ağsu Siti” oyununda “Ağsu Siti”nin futbolçusu Mikayıl Rəhimov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Ümid” (Cəlilabad) – “Energetik” PFK oyununda “Ümid”in futbolçusu Mehdi Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Füzuli” – “Astara” oyununda “Füzuli”nin futbolçusu Cəsur Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasının “Səbail” – “Qarabağ” oyununda “Səbail”in futbolçusu Kamil Qardaşlı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Səbail”in digər futbolçusu Əkbər Eyyubov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Səbail”in məşqçi heyətində yer alan, stadiona giriş qadağası davam edən Ramal Hüseynov hakimləri təhqir etməsinə və meydana daxil olmasına görə 2 il müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilib. Bununla bağlı kluba da xəbərdarlıq edilib.

Gənclər Liqasının “Keşlə” – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Ravil Qafarov kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb. “Keşlə”nin futbolçusu Nihat Əmrahzadə kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb. “Keşlə”nin futbolçusu Nihad Mollayev kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb.

U-17 Liqasının İCBFA – “Turan Tovuz” oyununda “Turan Tovuz”un futbolçusu Elvin Babayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Turan Tovuz”un məşqçisi Seymur Tağıyev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Matç bitdikdən sonra İCBFA komandasının futbolçusu Qürbət Əhmədov hakimlər otağına girməyə cəhd etməsinə və hakimləri təhqir etməsinə görə 4 oyun cəzalanıb.

U-17 Liqasının “Qarabağ” – “Səbail” oyununda “Qarabağ”ın futbolçusu Ömər Əsgərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasının İCBFA – “Keşlə” oyununda “Keşlə”nin futbolçusu Rəsul Əliyev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının “Neftçi” İK İB – “Şimal Elit” oyununda “Şimal Elit”in baş məşqçisi Dəyanət Əliyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının “Qarabağ” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Emin Feyzullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının “Keşlə” – EFA oyununda matçın ilk hissəsi bitdikdən sonra EFA komandasının baş məşqçisi Vüsal Mustafayev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra dəhlizdə olan zaman hakimləri təhqir etməsinə, fiziki təsir göstərməsinə və valideynləri hakimlərə qarşı ədavətə və qəddarlığa vadar etməsinə görə 1 il 6 ay müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilib. Bu səbəbdən matç yarımçıq dayandırıldığı üçün EFA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının UGİM (Şərur) – “Şərur” oyununda “Şərur”un futbolçusu Kənan Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının “Babək” – UGİM (Şərur) oyununda UGİM (Şərur) komandasının futbolçusu Murad Quliyev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. UGİM (Şərur) komandasının baş məşqçisi Rəşad Heydərov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı 1 oyun cəzalanıb.

U-12 Liqasının UGİM “Ulduz” (Mingəçevir) – Qəbələ oyununda UGİM “Ulduz” (Mingəçevir) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

blank
Ölkə futbolu2022-07-06 16:08

“Azərbaycanda hər kəs Ukraynanı dəstəkləyir” – Anatoli Nuriyev

blank
Dünya futbolu2022-07-06 15:40

“Qarabağ”ın rəqibi futbolçusunu Çexiya klubuna satdı

blank
Dünya futbolu2022-07-06 15:26

Super Liqa klubundan bir yeni transfer və yeni müqavilə

blank
Dünya futbolu2022-07-06 14:36

Futbolçulara məsləhət: Bu 7 ölkənin klublarına getməyin!

blank
Digər idman növləri2022-07-06 14:12

Ağır Atletika Federasiyasında yeni təyinatlar

blank
Dünya futbolu2022-07-06 13:45

Məşhur məşqçi “Əl-İttihad”da

blank
Dünya futbolu2022-07-06 13:04

“İnter”də yeni müdafiəçi

blank
Ölkə futbolu2022-07-06 12:42

“Zirə” ilə oyunadək görüləsi işlər çoxdur” – “Makkabi”nin baş məşqçisi

blank
Digər idman növləri2022-07-06 12:21

Cüdoçularımız Ankarada təlim-məşq toplanışında

blank
Ölkə futbolu2022-07-06 12:00

ÇL: Azərbaycan çempionu oyunlarını bu iki ölkədən birində keçirəcək

blank
Digər idman növləri2022-07-06 11:43

Azərbaycan atleti Fransada qızıl medal qazandı

blank
Dünya futbolu2022-07-06 11:22

Daha bir braziliyalı futbolçu Azərbaycandan təklif alıb

blank
Ölkə futbolu2022-07-06 11:10

“Zirə”nin Türkiyədə ikinci sınağı – YENİLƏNİR

blank
Müsahibə2022-07-06 11:05

Süleymanov cavab matçını gözləməyi məsləhət bilir: “Bu inamı “Qarabağ” öz oyunu ilə yaradıb”

blank
Digər idman növləri2022-07-06 10:40

Azərbaycan üzgüçüsü AÇ-nin finalında

blank
Ölkə futbolu2022-07-06 10:21

“Qarabağ” üstün olsa da, 100 faizlik qol şansı yox idi”

blank
Ölkə futbolu2022-07-06 10:00

“Lex”in kapitanı: “Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik”

blank
Ölkə futbolu2022-07-06 09:43

“Neftçi” Türkiyə klubuna qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-07-06 09:36

Çempionlar Liqasında daha 7 oyun – YENİLƏNİR

blank
Ölkə futbolu2022-07-06 09:00

Təşvişə düşmədən… “Sürix”i Bakıya gətirmək lazımdı

blank
Ölkə futbolu2022-07-06 02:02

“Onu uzun müddətdir izləyirdim” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2022-07-06 01:36

“Hər kəs meydanda qalib gəlmək istəyirdi” – “Lex”in baş məşqçisi

blank
Dünya futbolu2022-07-06 00:44

ÇL: “Malmö” və “Ludoqorets”dən qələbə

blank
Ölkə futbolu2022-07-06 00:29

Qurban Qurbanov: “Səfərdə hücum futbolu oynadıqsa…”

blank
Ölkə futbolu2022-07-05 23:51

“Qarabağ” “Lex”ə ilk oyunda məğlub oldu

blank
Dünya futbolu2022-07-05 23:31

KL: 1-ci təsnifat mərhələsi heç-heçələrlə başladı

blank
Dünya futbolu2022-07-05 23:06

“Fənərbaxça” “Qəbələ”nin rəqibini darmadağın etdi

blank
Dünya futbolu2022-07-05 22:32

“Zirə”nin rəqibindən yeni müqavilə və darmadağın

blank
Dünya futbolu2022-07-05 21:56

“Beşiktaş”da yeni hücumçu

blank
Dünya futbolu2022-07-05 21:21

“Mançester Siti”dən “Lids”ə

blank
Digər idman növləri2022-07-05 20:55

Məmmədyarov və Rəcəbov üçün Mayami sınağı

blank
Digər idman növləri2022-07-05 20:00

İslamiada: Azərbaycanın daha iki komandasının rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2022-07-05 19:24

“Qəbələ” Super Liqa klubuna uduzdu

blank
Dünya futbolu2022-07-05 19:14

Braziliyalı futbolçu Azərbaycandan təklif alıb

blank
Dünya futbolu2022-07-05 18:50

Belçika millisinin hücumçusu “Milan”da

blank
Ölkə futbolu2022-07-05 18:25

“Zirə” yeni transferini təqdim etdi

blank
Dünya futbolu2022-07-05 17:41

“Mançester Yunayted”dən yeni transfer

blank
Ölkə futbolu2022-07-05 17:20

“Qarabağ”ın futbolçusu “Zirə”də – Rəsmi

blank
Ölkə futbolu2022-07-05 17:00

Feras Abu Akal rəsmən “Qəbələ”də!

blank
Dünya futbolu2022-07-05 16:41

PSJ yeni baş məşqçisini rəsmən açıqladı

blank
Digər idman növləri2022-07-05 16:21

“İnanıram ki, hər iki yarışda uğurlu çıxış edəcəyik”

blank
Ölkə futbolu2022-07-05 16:00

İcra başçısı “Kəpəz” rəhbərliyi ilə görüşdü

blank
Dünya futbolu2022-07-05 15:40

“Qəbələ”nin rəqibində bir ciddi itki, bir yeni müqavilə

blank
Ölkə futbolu2022-07-05 15:21

“Lex”i Bakıda əsl cəhənnəm gözləyir”

blank
Dünya futbolu2022-07-05 15:00

Poçettino PSJ-dən getdi – Rəsmi

blank
Ölkə futbolu2022-07-05 14:43

Avrokuboklar üçün pul mükafatları açıqlandı

blank
Ölkə futbolu2022-07-05 14:20

“Səbail” 2 yoxlama oyunu keçirəcək

blank
Dünya futbolu2022-07-05 14:03

Fanatlar Prosineçkiyə görə yeni baş məşqçini mətbuat konfransından qovdu – VİDEO

blank
Dünya futbolu2022-07-05 13:49

“Lill”dən “Nyukasl”a 35 milyonluq transfer

blank
Ölkə futbolu2022-07-05 13:24

“Neftçi”nin Boludakı ilk matçının başlama saatı dəyişdirildi