Ölkə futbolu
AFFA-dan “Sabah”la bağlı “gizli qərarlar”
Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun AFFA İntizam Komitəsinin qərarlarından verdiyi şikayətə baxıb.
Futbolinfo.az xəbər verir ki, qurum klub tərəfindən verilmiş apelyasiya şikayətini təmin edib.
Belə ki, AFFA İntizam Komitəsinin 25.02.2022-ci il tarixdə “Sabah”ın futbolçusu Aleksey İsayev barəsində verdiyi 2 oyun şərti olmaqla 4 oyun kənarlaşdırma cəzası 1 oyun şərti olmaqla 2 oyunluq kənarlaşdırma cəzası ilə, klub barəsində verdiyi 3200 manat məbləğində cərimə cəzası 1600 manat məbləğində cərimə cəzası ilə, klubun futbolçusu Səlahət Ağayev barəsində verdiyi 3 oyun şərti olmaqla 6 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə, kluba verilən 4800 manat məbləğində cərimə cəzası isə 3200 manat məbləğində cərimə cəzası ilə; klubun futbolçusu Zurab Oçiqava barəsində verdiyi 3 oyun şərti olmaqla 6 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə, klub barəsində verdiyi 6400 manat məbləğində cərimə cəzası isə 3200 manat məbləğində cərimə cəzası ilə əvəz edilib.
Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.
Xatırladaq ki, bu cəzalar “Sabah”ın “Neftçi” ilə kubok oyununda baş verən hadisələrlə əlaqədar qəbul edilmişdi. O da maraqlıdır ki, AFFA həmişə qərarları rəsmi saytında manşet xəbəri kimi verir. Amma niyəsə bu dəfə bu qərarı mətbuatdan gizlədib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib