Ölkə futbolu
AFFA Gənclər Liqasının başlayacağı vaxtı açıqladı
AFFA-nın təşkilatıçılığı ilə keçirilən Gənclər Liqası turnirinin (U-19 yaş qrupu) 2020/2021-ci il mövsümü üçün başlama vaxtı açıqlanıb.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarışa oktyabrın 3-də start verilməsi planlaşdırılır.
Bununla əlaqədar liqada iştirak etmək istəyən komandalar sentyabrın 3-dən qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.
Əvvəlki illərdə Gənclər Liqasında iştirak etmiş komandalar müraciətini Qeydiyyat və statistika şöbəsinə (registration@affa.az), yeni qoşulmaq istəyən komandalar isə Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinə (liqalar@affa.az) ünvanlamalıdır.
O da qeyd olunub ki, Gənclər Liqasının əsasnaməsinin müddəalarına uyğun komandalar müraciət edə bilərlər.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”