Milli komanda
AFFA İcraiyyə Komitəsi Canni De Byazi üçün bir araya gəlir
Oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə
- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
- Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi
- Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi
- Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi
- Digər məsələlər
Xatırladaq ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti başa çatıb. AFFA İK iclasda italiyalı mütəxəssisin postunda qalıb-qalmamasına qərar verəcək.