Ölkə futbolu
AFFA İcraiyyə Komitəsinin gündəliyini açıqladı
Mayın 31-də, saat 17:00-da, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
İclasın Gündəliyinə daxil olunan məsələləri diqqətinizə çatdırırıq:
- AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin müzakirəsi
- AFFA-nın Lisenziya Komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan Tovuz” və “Kəpəz” klublarının 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsinin təsdiqi
- 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsi
- İntizam Komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi
- Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi
- Digər məsələlər
Sonda onu da xatırladaq ki, “Futbolinfo” AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclasında müzakirə olunacaq məsələlərin siyahısını hələ üç gün öncə yazmışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib