Ölkə futbolu
AFFA limiti dəyişməlidir
AFFA İcraiyyə Komitəsinin növbəti iclasında Birinci Divizionda limitlə bağlı məsələyə aydınlıq gəlməlidir. Assosiasiya gələn mövsümdən əvəzedici komandaların ayrıca çempionatını keçirmək istəyirsə, bu, qaçılmazdır.
Belə ki, plana görə, Əvəzedicilər çempionatı bərpa olunmalıdır. O zaman divizionda komanda sayını artırmaq zərurəti yaranacaq. Yeni komandaların və ya Region Liqasında çıxış edən kollektivlərin hesabına bunu reallaşdırmaq lazımdır.
Məsələ ondadır ki, İcraiyyə Komitəsinin 15 iyul 2022-ci il tarixli iclasının qərarına görə, Birinci Diviziona Region Liqasında minimum ardıcıl 3 mövsüm iştirak edənlər buraxıla bilər. Düzdü, AFFA son mövsümdə öz qərarlarını pozaraq “İmişli” və “Mingəçevir”i xüsusi güzəştlə yarışa buraxdı. Lakin bu dəfə daha çox saya ehtiyac olacaq. Premyer Liqa klublarının 2-ci komandaları yarışdan çəkilincə cəmi 6 komanda qalacaq. Sayı minimum 10 etmək və bunun üçün 3 il qadağasını götürmək lazımdır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…