Ölkə futbolu
AFFA VAR-ı Masazırda sınayacaq: “Sabah” – “Səbail” oyununda…
Növbəti mövsüm Premyer Liqada VAR-ın (Video-Köməkçi Hakim) tətbiq olunub-olunmayacağı dəqiqləşməyib. AFFA yeni sistemi reallaşdırmaq üçün çalışsa da, ciddi irəliləyiş gözə dəymir.
Hələ qışdan çempionat oyunlarında VAR-ın olacağını vəd edən AFFA, istəyinə çata bilmədi. Bu gedişlə yeni mövsümdə də arzular reallaşmayacaq. Əsas problem texniki problemlərin həll olunmamasıdı.
Amma AFFA planın reallaşması, vədinə əməl etməsi üçün cəhd göstərir. Sınaqlar başlayıb, davam edir. Yeni mövsümdə VAR-ın Azərbaycan Premyer Liqasında tətbiq edilməsi üçün müəyyən işlər görülür.
İyulun 14-də Masazırdakı “Bank Respublika Arena”da ilk dəfə olaraq, VAR onlayn qaydada sınaqdan keçiriləcək. “Sabah”la “Səbail”in yoxlama görüşü eksperiment üçün seçilib.
AFFA-nı hazırda düşündürən yalnız VAR sistemi deyil. Qurum Hakimlər Komitəsinə yeni sədr təyin etməkdə də çətinlik çəkir. Əcnəbi rəhbər planları təxirə salınıb, yerli namizədlərlə bağlı isə qərar verilməyib. Dəqiq olan odur ki, VAR sistemiylə yanaşı, sədr seçimi də yubanır. Hamı yeni mövsümə hazırlaşdığı vaxtda hakimlərin hazırlığı sistemli təşkil olunmayıb, ciddi problemlər var. Bunun çempionatın gedişində problem yaratmayacağına ümid edirik.
ABBAS
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib