Bizi izləyin

Ölkə futbolu

AFFA veteranları otelə yığır: Süleymanovun müraciətini unutdurmaq üçün…

blank

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məsuliyyətinin fərqindədi. AFFA-nın son Konfransında Nizamnamə dəyişikliyinə və bunun əsasında vəzifə artımına nail olan əbədiyaşar baş katib yeni planlar qurur.

Məmmədov gözəl anlayır ki, prezident Rövnəq Abdullayevi səhnədən sildikdən sonra hədəfə daha çox gələcək. İndi hər uğursuzluqda, hər problemdə birbaşa günahkar məhz o göstəriləcək. Bu səbəbdən müəyyən addımlar atmağa məhkumdu. Ən azı görüntü yaratmalı, bütün futbol ictimaiyyətini birləşdirməyə cəhd etdiyini nümayiş etdirməlidi. İmitasiya məharəti…

“Qarabağ”ın kapitanı Rəşad Sadıqova görüş təklif etməsi və bu xəbərin mətbuata sızdırılması təsadüf deyil. Hamı bilir ki, Rəşad böyük gücdü, imic sahibidi və əvvəl-axır uğursuz AFFA rəhbərliyinin ən real alternativi olacaq. Hələ futbolçu ikən söz sahibi olan bu şəxs karyerasını bitirdikdən sonra məşqçi, idarəçi kimi daha təhlükəli görünəcək. Bu səbəbdən onunla kompromis tapmaq, ən azı guya buna cəhd etdiyinin görüntüsünü yaratmaq istəyir.

Millinin sabiq kapitanı, “Qarabağ”ın uğurlarında böyük pay sahibi olan Rəşad sağlam çevrəsi ilə də Məmmədovda əndişə doğurur. Onunla eyni sırada olan cavan məşqçilərin hamısı çox uğurludu və özlərindən əvvəlki məşqçilər nəslini demək olar, yaddan çıxartdırıblar. Nüfuzlu Sadıqov hələ futbol oynaya-oynaya millinin baş məşqçisi postuna namizəd sayılırsa, deməli, onunla hesablaşmaq lazımdı. Bu səbəbdən görüş planlaşdırılır, baş katib növbəti dəfə Sadıqovu aldatmağa cəhd edəcək, alınmasa belə, ən azı birləşmək, qüvvələri səfərbər etməyə cəhd göstərdiyinə dair görüntü yaradacaq.

Elxan bəy veteranlardan da narahatdı. Ən çox narazılıq bu cəbhədən gəlir və əksəriyyət imtiyazlar, iş istəyir, futboldan kənar qalmalarından gileylənirlər. Məmmədov bu səbəbdən sabah təmtəraqlı bir tədbir keşirmək niyyətindədi. “Bulvar Otel”də (məkan və zaman fərqli də ola bilər – red.) bütün veteranların dəvətli olduğu görüş keçiriləcək. Onlarla söhbət aparılacaq, tələb və təklifləri dinlənəcək.

İcraçı vitse-prezident bununla həm veteranlara diqqət göstərdiyini göstərməyə çalışacaq, həm də çox ehtiyat etdiyi bir prosesə qarşı əks addım atacaq. Yoxsa illərdi yadına salmadığı futbol adamlarını niyə indi başına yığsın ki?

Bildiyiniz kimi, yeni yaradılan Futbol İctimaiyyətinin Həmkarlar İttifaqı ötən ay ölkə başçısına narazılıqla dolu müraciət ünvanlayıb. Məktub artıq Prezident Aparatına çatıb və müzakirə mərhələsindədi. Təbii ki, məsələ araşdırılacaq və uyğun bilinən cavab veriləcək. Məmmədov müraciətə könlü istəyən kimi cavab yazmaq iqtidarında deyil, sifariş də verə bilməz. Bu səbəbdən görüntü yaratmaq, narazılıq məktubunun cavabında yumşaqlığa nail olmaq üçün veteranları bir araya yığır. Guya ki, narazı olanlar kiçik qrupdu və AFFA ətrafında daha böyük qüvvə toplaşıb.

Beləcə həm Nazim Süleymanovun rəhbərlik etdiyi qurumu zəiflətmək, həm də özünün ətrafında birləşənlərin daha böyük qüvvə olduğunu isbatlamağa çalışır. Yəqin ki, buna nail olacaq. Çünki sözügedən qurum zəif davranmış, 500-dən çox üzvü olmasına rəğmən, həmin müraciətə cəmi 10 nəfər imza atmışdı, bölgələrdəki veteranların, ümumiyyətlə, bütün təmsilçilərin imzalarını almaq kimi vacib həmlə edilməmişdi. İndi Məmmədov otelə yığdığı bütün veteranların imzası ilə razılıq müraciətinə nail olsa, ciddi cavab zərbəsi vurmuş olacaq. Bu, həm də “yuxarılar”ı aldatmaq, ələ alınmış bir qrup veteranın sayəsində yalan toplusu hazırlamaq cəhdidi. Amma illərdi bunu bacarıb və yenə istədiyini edəcək – planı təqdirəlayiqdi.

Elxan bəy veteranlardan sonra digər narazı qüvvələrlə də işbirliyinə cəhd edəcək. Təbii ki, onun kiminləsə bir olmaq fikri yoxdu. Düzdü, futbolu inkişaf etdirməyi çox arzulayır, amma liderləri, əyilməyənləri, sınmayanları qəbul etmir, ona sözəbaxanlar lazımdı.

Elxan bəy istəyinə müəyyən qədər nail olacaq. Amma ölkədə futbolun inkişafı üçün görüntü xarakterli təbliğat aksiyaları təşkil etməklə iş bitmir. Çalışmaq, əziyyət çəkmək lazımdı. Bunu bacarsa, biz də alqışlayacaq, boşa verilən 13 ili ona qismən bağışlayacağıq. Bunun üçün isə niyyət təmiz olmalıdı. Hələlik nə Sadıqovla görüş cəhdində, nə də indiyədək yada düşməyən veteranları bir yerə toplamaq arzusunda bu, görünmür. Prosesi izləyəcəyik…

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm