Dünya futbolu
AİK almanların təklifindən imtina etdi
AİK “Bayern”in istəyini geri çevirib. İsveç klubu almanların 4 milyon avroluq təklifindən imtina edib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa çempionu 16 yaşlı hücumçu Yon Kusi-Asareni heyətinə qatmaq istəyir. Amma isveçlilər təklif olunan məbləği yetərli saymır. AİK istedadlı oyunçusuna görə 6 milyon avro tələb edir.
PSV və “Brügge”nin də almağa çalışdığı futbolçu Solna klubunda yetişib. Qanalı hücumçunun isveçlilərlə 2026-cı ilin yayınadək müqaviləsi var.