Ölkə futbolu
Alimi: “Təkcə kubok haqqında fikirləşmirik”
“Səbail”lə matçda 2 xal itirdik. Oyunda qalib gəlmək üçün böyük şansımız var idi” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi İsnik Alimi deyib.
O, Misli Premyer Liqasının 24-cü turunda “Səbail”lə heç-heçə (2:2) etdikləri matçdan danışıb: “Şanslarımızdan yararlanmağı bacarmadıq. 90 dəqiqədə hər şey ola bilərdi. Amma biz həmin gün itirdik”.
Futbolçu komandasının qış fasiləsindən sonra yalnız 1 qələbə qazanmasına da toxunub: “Bizim böyük potensialımız var. Amma bunu meydanda göstərmək lazımdır. Çalışmalıyıq və meydanda daha yaxşı olmalıyıq”.
Alimi “Qəbələ”nin daha çox kuboku düşündüyünə dair müzakirələrə belə cavab verib: “Yox, bu, elə deyil. Biz təkcə kubok haqqında fikirləşmirik. Çempionatda da özümüzü göstərmək istəyirik. Əgər diqqət etsəniz, çempionatda da çox yaxşı oyunlar keçirmişik”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar