Digər idman növləri
Alkarasdan ilk
Londonda keçirilən “Queens Club” turniri başa çatıb. Finalda Karlos Alkaras Aleks De Minor üzərində qələbə qazanaraq çempion olub – 6:4, 6:4.
Bu titul Karlos üçün 2023-cü ildə 5-ci olub. Bununla da o, titulların sayına görə rusiyalı Daniil Medvedevə çatıb. Ümumilikdə isə gənc ispan tennisçi karyerasında 11-ci titulunu qazanıb.
Karyerasında ilk dəfə olaraq Alkaras ot kortda keçirilən turnirin qalibi olub. İspan tennisçi həm torpaq, həm ot, həm də süni örtükdə titul qazanan 17-ci tennisçidir.
Karlos Alkaras bu qələbəylə dünya reytinq cədvəlində yenidən Novak Cokoviçi keçərək liderliyi ələ alıb.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi