Digər idman növləri
Almaniya millisinin lideri dünya çempionatında iştirak edəcəkmi?
Basketbol üzrə Almaniya millisinin liderlərindən biri Denis Şröder aldığı zədəni müalicə etməklə məşğuldur. Dabanından zədələnən pleymeykerin ağrıları hələ də qalmaqdadır. Basketbolçunun özü zədədən qurtulacağına ümidini itirmir.
“Mövsümün sonunda dabanımdakı qığırdağda problemlər var idi. Eyni problem yayda da qaldı. Müalicə kursu keçmişəm. İndi də bərpa prosesindəyəm. Çalışacağam ki, dünya çempionatına qədər tam hazır olum”, – deyə Şröder “Basket News”a müsahibəsində bildirib.
Xatırladaq ki, basketbol üzrə dünya çempionatı Yaponiya , Filippin və İndoneziyada təşkil ediləcək. Almaniya millisi E qrupunda Finlandiya , Avstraliya və Yaponiya ilə mübarizə aparacaq. Bu qrupun oyunları Yaponiyanın Okinava şəhərində keçiriləcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq