Dünya futbolu
Almanlardan “ağzıbağlı etiraz”
Almaniya yığması DÇ-2002-nin Yaponiyaya qarşı ilk oyununda maraqlı jest etdi. Futbolçular komanda şəkli çəkdirərkən bir əlləri ilə ağızlarını tutmuş halda görüntü verdilər.
Futbolinfo.az xəbər verir ki, almanlar bununla FİFA-nın qadağasına etiraz etdilər. Beynəlxalq futbol qurumunun LGBT rəmzlərini qadağan etməsinə, kapitan sarğılarında göy qurşağı təsvirlərin nümayişinə icazə verməməsinə qarşı olan Almaniya narazılığını bu şəkildə çatdırdı.
Almaniya Futbol İttifaqı rəsmi bəyanat yayaraq addımlarını əsaslandırmağa çalışıb: “Almaniya milli komandasında paylaşdığımız dəyərləri, qarşılıqlı hörmət hisslərini qorumaq, nümayiş etdirmək üçün seçdiyimiz kapitanlıq sarğısını geymək istədik. İcazə verilmədi, biz də digər xalqlarla birgə səsimizin duyulmasını eşitmələri üçün belə etdik. Bu, siyasi bir qərar deyildi, insan haqları müzakirə edilməməlidi. Təəssüf ki, əməl edilmir, belə deyil. O üzdən bu mesaj bizim üçün çox önəmli idi. Biz istədiyimiz kapitan sarğısından məhrum etmək haqqımızı tapdalamaq deməkdir”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…