Digər idman növləri
Alonso həm istirahət, həm də məşq edir
İlin əvvəlində Fernando Alonsonun əhvali-ruhiyyəsi yüksək səviyyədədir. İkiqat dünya çempionunu anlamaq olar: hazırda o, yaxınları ilə birlikdə İtaliyanın Cənubi Tirol əyalətindədir.
Daha dəqiq desək, Fernando Dolomit Alplarında istirahət edir. Bu ərazi yanvar ayı üçün ən münasib yerdir. Qış turizminin həvəskarları vaxtlarını keçirmək üçün məhz buranı seçirlər.
İspan pilot təkcə əylənməklə deyil, işlə də məşğulur. O, artıq yeni mövsümün hazırlıqlarına başlayıb. Buna görə məşqləri də yadından çıxarmır.
Məşqlər Val-Qarden adlı kənddə yerləşən Scuola 2000 adlı idman məktəbində keçirilir. Sosial şəbəkə hesablarında tanınmış pilot müxtəlif şəkillər paylaşıb. Altında isə bu sözlər qeyd edilib: “Yeni ilə pozitiv əhvalla başlayırıq, ilk həftəmiz dağlarda keçir”.