Digər idman növləri
Alonso: “Maşında irəliləyiş var”
Bəhreyndə davam edən testlər zamanı pilotlar yeni bolidlər haqqında fikirlərini bildirir. “Aston Martin” komandasının üzvü Fernando Alonso da öz təəssüratlarını bölüşüb.
“Nəticələr çox sıxdır. Belə olanda harada olduğunuzu aydınlaşdırmaq istəyirsiz.
Yeni maşında tərəqqi var. İrəliyə doğru addım atılıb. Bu da sevindirici haldır. Fikrimcə, nəinki biz, başqa komandalar da irəli doğru addım ata bilin.
Göründüyü kimi, bütün bolidlərin konsepsiyası oxşardır. Formula 1-də nəyisə gizlətmək çətindir. Buna görə də komandalar yeni texnologiyaları götürməyə çalışır. Bizim komanda da bu imkandan istifadə edib. Yaxşı fikirləri və ideyaları mənimsəmək lazımdır.
Bir qədər sazlanmalarla bağlı işimiz qalıb. Bu məsələdə daha çox işləmələyik. Fikrimcə, bunu da etməyi bacaracağıq”, – deyə ikiqat dünya çempionu bildirib.
Xatırladaq ki, Formula 1 üzrə dünya çempionatına gələn həftə Bəhreyndə start veriləcək.