Ölkə futbolu
Alonso “Qarabağ”a qarşı Kovarı oynadacaq
“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçiriləcək oyun öncəsi komandasının hazırkı durumundan danışıb.
Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Bakıdakı görüşdə heyətdə dəyişikliklərə gedəcəyini istisna etməyib.
O, cari mövsümlə bağlı hədəflərindən də söz açıb: “Ötən mövsüm Avropa Liqasının yarımfinalında olmaq əla idi. Ancaq cari mövsüm bir az da irəliləmək istəyirik. Qapıçı Lukaş Qradetski ilə Matey Kovarın vəzifəsi fərqli olacaq. Qradetski Bundesliqa matçlarında, Kovar isə “Qarabağ”a qarşı avrokubok görüşlərində qapıda dayanacaq. Ümumiyyətlə, heyətlə bağlı problemimiz yoxdur. Hər mövqedə yaxşı futbolçularımız var. Bu da iştirak etdiyimiz turnirlərdə uğurlu nəticələr göstərməyimizə kömək olur”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı