Digər idman növləri
Alperen Şengünün karyerasında rekord
MBA-da bu gecə 9 oyun baş tutub. Ən əsas qeyd ediləsi məqam Alperen Şengünün karyerasında rekord xal toplamasıdır.
Türkiyəli mərkəz basketbolçusu “San Antonio Spörs”lə görüşdə 45 xal yığıb. Onun 32 atışından 19-u dəqiq olub. Qalan 7 xalı o, cərimə atışları ilə qazanıb. Bundan başqa “Hyuston Rokets”in lideri 16 ribaund edib. Texas təmsilçisi oyunu 114:101 hesablı qələbə ilə bitiriblər.
Çempionatın lideri “Boston Seltiks” Klivlend səfərində məğlubiyyətlə üzləşib. Şərq divizionunun iki ən güclü komandasının oyununda meydan sahibləri 105:104 hesabı ilə qələbə qazanıblar. Digər bir gərgin oyun Denverdə baş tutub. Son çempion “Finiks Sans”a overtaymda məğlub olub – 107:117.
Luka Donçiç növbəti dəfə tripl-dabl edib. “İndiana Peysers”lə qarşılaşmada sloveniyalı basketbolçunun aktivində 39 xal, 10 ribaund və 11 asist var. Buna baxmayaraq, “Maveriks” evdə məğlubiyyətdən xilas olmayıb – 120:137.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı