Digər idman növləri
Alperen yenə də komandasının ən yaxşısı oldu
MBA-da bu gecə 7 oyun keçirilib. Türkiyəli basketbolçu Alperen Şengünün lideri olduğu “Hyuston Rokets” komandası liqa antirekordunun qırılmasına imkan verməyib.
“Detroyt Pistons” bu dəfə də qələbə üzünə həsrət qalıb. 136:113. Şengün komandasının heyətində ən çox xal toplayan basketbolçu olub. O, qarşılaşmanı 26 xalla tamamlayıb.
Günün mərkəzi oyununda “Niks” Nyu-Yorkda “Minnesota Timbervulz”u məğlubiyyətə uğradıb. Qonaqların heyətində Rendl 39 xal toplayıb.
Əsas favoritlərdən biri “Miluoki Baks” doğma arenada çempionatın sürpriz komandalarından biri “İndiana Peysers”ə məğlub olub – 113:122. Yunan basketbolçu Yannis Antetokumbo oyunu 30 xalla yekunlaşdırıb.
“Yuta Caz” evdə “Dallas Maveriks”dən üstün olub – 127:90. Luka Donçiç oyun ərzində cəmi 19 xal toplamağı bacarıb.
Son çempion “Denver Naggets” isə “Şarlott Hornets”i 111:93 hesabı ilə məğlubiyyətə uğradıb.